"Azərbaycanda təhsil alan 6 mindən artıq əcnəbi tələbələrdən çoxu koronavirusla əlaqədar öz ölkələrinə dönə biliblər".
İnsider.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
"Eyni zamanda tələbələrdən öz universitetlərinin qapalı yataqxanalarında və mənzillərdə qalanlar var", - sektor müdiri bildirib.
Report