Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 5 milyard 319 milyon 766 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu göstərici 2018-ci ilin müvafiq dövrünə nisbətən 1 milyard 170 milyon 909 min dollar çoxdur.
Altı ayda Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 1 milyard 162 milyon 292 min dollar olub.
© Azertag.az