2020-ci ilin yanvar-mart aylarında Azərbaycandan 999,9 milyon məbləğində kapital çıxarılıb.
İnsider.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi tədiyə balansına dair məlumatda qeyd olunur.
2019-cu ilin 1-ci rübündə Azərbaycandan 740,8 milyon məbləğində kapital çıxarılımışdı. Beləliklə, hesabat dövründə Azərbaycandan kapitalın çıxarılma həcmi 35% artıb.
AMB qeyd edir ki, cari ilin 1-ci rübündə Azərbaycanın rezidentləri xarici kreditlər üzrə 88,7 milyon dollar (2019-cu ilin yanvar-mart aylarında 89,6 milyon dollar) məbləğində faiz ödənişi həyata keçiriblər.
2019-cu ildə Azərbaycandan çıxarılan kapitalın həcmi 2018-ci illə müqayisədə 2,1% artmışdı.