Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Gürcüstana 13 mln. 984,5 min. dollar pul köçürülüb.
İnsider.az xəbər verir ki, bu barədə ölkənin Milli Bankının hesabatında bildirilib.
Hesabat dövründə Azərbaycandan qonşu ölkəyə daxil olan pul köçürmələrinin həcmi illik müqayisədə 8,7% artıb.
2019-cu ilin ilk səkkiz ayı ərzində Gürcüstandan Azərbaycana köçürülən pulların həcmi isə 9 mln. 001,1 min dollara bərabər olub. İllik müqayisədə bu göstəricidə 14% artım qeydə alınıb.
Yanvar-avqust aylarında Gürcüstana xarici ölkələrdən, ümumilikdə, 1 mlrd. 107 mln. 030,9 min dollar məbləğində pul köçürülüb. Qonşu ölkəyə ən çox pul köçürmələri Rusiyadan (273 mln. 000,2 min dollar) daxil olub.
©Report