Aprel ayında Azərbaycandan Gürcüstana 2,44 milyon ABŞ dolları həcmində pul köçürülüb.
İnsider.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.
Ötən ay Gürcüstana xarici ölkələrdən daxil olan pul köçürmələrinin 3,08%-i Azərbaycanın payına düşüb. İllik müqayisədə Azərbaycandan qonşu ölkəyə pul köçürmələrinin həcmi 39,47% artıb.
Hesabat ayında Gürcüstandan Azərbaycana isə 0,8 milyon ABŞ dolları köçürülüb.
Apreldə Gürcüstana xarici ölkələrdən, ümumilikdə, 79,1 milyon dollar pul daxil olub ki, bu da illik müqayisədə 58 milyon dollar və ya 42,3% azdır.
Apreldə Gürcüstandan digər ölkələrə isə 10 milyon dollar köçürülüb. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 47,7% azdır.
Report