azerbaycandan-ixracda-2025-hedefi

Azərbaycandan ixracda 2025 hədəfi

İxracın genişləndirilməsi məqsədilə 120-ə yaxın məhsulun 20-dən çox hədəf bazarına çıxarılması nəzərdə tutulur.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında bildirib.

Nazir əlavə edib ki, ümumilikdə, 2025-ci ilədək qeyri-neft ixracının həcminin iki dəfə artırılması hədəflənir.

Qeyd edək ki, 2020-ci il ərzində Azərbaycanın ümumi ixracı 13,7 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə isə 1,9 mlrd. dollar dəyərində olub.