azerbaycandan-xarice-geden-turistlerin-sayi-artib-istiqametler-aciqlandi

Azərbaycandan xaricə gedən turistlərin sayı artıb: İstiqamətlər açıqlandı

2022-ci ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2021-ci illə müqayisədə 50% artaraq 1 489,5 min nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, vətəndaşların 44%-i Türkiyəyə, 18%-i Rusiyaya, 13,6%-i İrana, 8,6%-i Gürcüstana, 15,8%-i digər ölkələrə səfər edib. Səyyahların 64,2%-ni kişilər, 35,8%-ni qadınlar təşkil edib.

İrana gedənlərin sayı 3,1 dəfə, Gürcüstana gedənlərin sayı 1,7 dəfə, Türkiyəyə gedənlərin sayı 1,4 dəfə artıb.

Rusiyaya gedənlərin sayında isə 12,9% artım müşahidə olunub.