azerbaycanin-2-boyuk-kapitalli-sirketi-birlesib

Azərbaycanın 2 böyük kapitallı ŞİRKƏTİ BİRLƏŞİB

"Şəmkir Aqropark" MMC "Enga Mart" MMC ilə birləşdiyini elan edib. Hər iki şirkətin Şəmkirdə istehsal müəssisəsi var.

Insider.az xəbər verir ki, birləşmədən sonra "Enga Mart" MMC fəaliyyətini dayandıracaq, "Şəmkir Aqropark" MMC isə yenidən qurulacaq.

Kommersiya şirkətlərinin reyestrinə əsasən, bu şirkətlərin nizamnamə kapitalı 4 mln. 930,9 min və 14 mln. 501,8 min manatdır. Hazırda hər iki şirkətin direktoru Böyükağa Mustafayevdir.