Su və kanalizasiya layihələrinin icrasına başlanılan 50 şəhər və rayon mərkəzinin 38-də su şəbəkələrinin tikintisi yekunlaşıb.
Insider.az bildirir ki, “Azərsu” ASC-dən verilən məlumata görə, şəhər və rayon mərkəzləri ilə yanaşı, əhalisinin sayı 1,4 milyon nəfər olan 1050 kənddə içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı işlər görülüb.
Qeyd edək ki, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin, Küllülü su mənbəyinin, Şirvan-Muğan, Sabirabad-Saatlı qrup su kəmərlərinin, həmçinin Xanbulançay, Mingəçevir, Şəmkirçay və Quba sutəmizləyici qurğuları, ümumilikdə 39 yeni su mənbəyinin istismara verilməsi regionlarda əhalinin keyfiyyətli içməli su ilə təminatına mühüm töhfələr verib.
© Apa.az