azerbaycanin-800-kend-ve-qesebesinde-yeniden-mineral-gubre-satilacaq

Azərbaycanın 800 kənd və qəsəbəsində yenidən mineral gübrə satılacaq

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC yaxın bir ay ərzində 800 kənd və qəsəbədə mineral gübrənin satışını həyata keçirməyi planlaşdırır.

Insider.az xəbər verir ki, bu barədə qurumun sədri Elmin Rəhmanov bildirib.

“Məqsədimiz odur ki, fermerlər əziyyət çəkməsinlər. Regionlar üzrə gübrə satışı sabah Şəmkir rayonunun Ələsgərli kəndindən başlanılacaq”, - deyə o, qeyd edib.

E.Rəhmanov onu da bildirib ki, azot gübrəsinin karbamidlə əvəz edilməsi planlaşdırılır: "Hər iki məhsulun tərkibi eynidir. Odur ki, azotun ölkədə idxalını yavaş-yavaş azaldacağıq. Yerli məhsula tələbat formalaşdırmaq və tədricən onun maya dəyərini aşağı salmaq istəyirik".

© Report.az