azerbaycanin-aciqlamasi-nefti-bahalasdirdi

Azərbaycanın açıqlaması nefti bahalaşdırdı

"Brent" markalı neft cümə günü Azərbaycanın Energetika Nazirliyinin OPEC (Neft İxrac edən Ölkələr Təşkilatı) və qeyri-OPEC ölkələrinin qiymətlərin sabitləşdirilməsi ilə bağlı iclasının aprelin 6-na təyin olunduğu barədə verdiyi xəbərlərdən sonra bahalaşıb.

İnsider.az xəbər verir ki, bu barədə RİA "Novosti" agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, OPEC (Neft İxrac edən Ölkələr Təşkilatı) və qeyri-OPEC ölkələrinin qiymətlərin sabitləşdirilməsi ilə bağlı iclasının aprelin 6-na təyin olunduğu barədə Azərbaycan Energetika Nazirliyinin yaydığı açıqlamadan sonra "Brent" markalı neftin bir barel üçün iyun fyuçerslərinin qiyməti 7% artaraq 32 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neft bazarının sabitləşdirilməsi məqsədilə aprelin 6-da video-konfrans formatında keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşünə dəvət alıb.

Azərbaycanın Energetika Nazirliyinin məlumatına görə, görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iştirakı və yeni "Əməkdaşlıq Bəyannaməsi"nin müzakirəsi nəzərdə tutulur. Görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçirilir.

Marja