Azərbaycanın bank sektorunun cəmi aktivləri bu il iyulun 1-nə 29 980,1milyon manat təşkil edib.
İnsider.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,1% çoxdur.
Bankların aktivlərinin 11 708,7 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 16,3% böyüyüb.
Hesabat dövründə bankların cəmi öhdəlikləri 5,4% artaraq 25 380,5 milyon manata, o cümlədən depozit portfeli 9,15% artaraq 18 831,2 milyon manata çatıb. Bunun 8 633,8 milyon manatı fiziki şəxslərin (illik müqayisədə 7,7% çox), 10 197,4 milyon manatı isə hüquqi şəxslərin (10,4% çox) depozitləridir.
İl ərzində bank sektoru Azərbaycan Mərkəzi Bankı qarşısındakı öhdəliyini 52,7% azaldaraq 207,7 milyon manata endirib, cəmi kapitalını isə 17,8% artıraraq 4 599,6 milyon manata çatdırıb.