Azərbaycanın bank sektoru bu ilin I yarısında 433,3 milyon manat xalis mənfəət əldə edib.
İnsider.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,9 dəfə çoxdur.
Yanvar-iyun aylarında bankların gəlirləri 1 326,6 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 21,4% çox), xərcləri 840,9 milyon manat (7,25% çox), xüsusi ehtiyatlara ayırmaları 39,2 milyon manat (84,8% az), digər gəlirləri 21,3 milyon manat (19,4 dəfə çox), mənfəət vergisi ödəmələri isə 34,4 milyon manat (2,3 dəfə çox) təşkil edib.