azerbaycanin-bank-sektorunun-xalis-menfeeti-keskin-artib

Azərbaycanın bank sektorunun xalis mənfəəti kəskin artıb

Cari ilin 9 ayı üzrə Azərbaycanın bank sektorunun xalis mənfəəti 522.7 milyon manat təşkil edib.

İnsider.az Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq hesabatına istinadən xəbər verir ki,  ötən ilin eyni dövrü ilə müqayisədə bank sektorunun xalis mənfəəti  3 dəfə artıb. Ötən ilin yanvar-sentyabr dövründə bank sektorunun cəmi xalis mənfəəti 171.8 milyon manat təşkil etmişdi.