Dövlət büdcəsinin kəsiri 401,5 milyon manatdan 677,6 milyon manata yüksəlib.
İnsider.az Maliyyә Nazirliyinin operativ mәlumatına istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-sentyabr aylarında dövlәt büdcәsinә 17 milyard 964,5 milyon manat vәsait daxil olmuş, büdcәdәn 18 milyard 642,1 milyon manat vәsait xәrclәnmiş, büdcәnin icrasında 677,6 milyon manatlıq kәsir yaranmışdır.
Dövlət büdcəsinin kəsiri əsasən dövlət istiqrazlarının yerləşdirilməsi ilə cəlb edilən vəsait hesabına örtülür.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 15 milyard 954,7 milyon manat, xərcləri 16 milyard 356,2 milyon manat təşkil etmiş, son nəticədə büdcədə 401,5 milyon manat kəsir yaramışdı.
Marja