31 yanvar 2021-ci il tarixədək Azərbaycan Respublikasının bütün hava limanları müntəzəm sərnişin reyslərinin həyata keçirilməsi üçün bağlıdır.
İnsider.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları”nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, karantin dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın icazəsi ilə xüsusi reyslərin yerinə yetirilməsi davam etdirilir.