azerbaycanin-dovlet-borcu-artacaq

Azərbaycanın dövlət borcu artacaq

Azərbaycanın dövlət borcunun 2022-ci ilin sonunda 16 milyard 476 milyon manat, 2023-cü ilin sonunda isə 17 milyard 593.5 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. 

Gələn il dövlət borcunun 1 milyard 117.5 milyon manat artacağı gözlənilir.

01 yanvar 2022-ci il tarixinə Azərbaycanın xarici və daxili dövlət bocu 16 milyard 899.1 milyon manat təşkil etmişdi.

2023-cü ildə dövlət büdcəsinin dövlət borcuna xidmətlə bağlı xərclərinin 1 milyard 5 milyon manat olacağı gözlənilir. Gələn il büdcədən 680,7 milyon manat faizlər ödəniləcəyi proqnozlaşdırılır.

Marja