azerbaycanin-dovlet-budcesinde-qaliq-yaranib

Azərbaycanın dövlət büdcəsində qalıq yaranıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 5 439,7 milyon manat, xərcləri isə 5 035,9 milyon manat təşkil edib.

İnsider.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 19,2% və 14,2% çoxdur.

Son nəticədə büdcədə 403,8 milyon manatlıq qalıq yaranıb.