azerbaycanin-elektrik-enerjisi-ixraci-5-azalib

Azərbaycanın elektrik enerjisi ixracı 5% azalıb

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycan 51 935,32 min ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.

İnsider.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 671,24 min dollar və yaxud 4,89%azdır.

Hesabat dövründə ixrac edilmiş elektrik enerjisinin həcmində isə müsbət dinamika müşahidə edilib. Belə ki, xarici ölkələrə 1 212 815,38 min kVt/saat elektrik enerjisi satılıb. Bu da 2018-cı ilin ilk yarısına nisbətən 560 509,48 min kVt/saat və yaxud 4,89% çoxdur.

Qeyd edilən dövrdə ixrac edilən elektrik enerjisinin hər kVt/saatı 0,043 dollar yaxud 0,0731 (AMB-nin rəsmi məzənnəsinə görə 1 ABŞ dolları 1,7 Azərbaycan manatına bərabərdir) manat olub. 2018-ci ilin yanvarında isə ixrac olunan hər kVt/saat elektrik enerjisinin dəyəri 0,047 dollar yaxud 0,08 manat olub.

Yanvar-iyun ayında elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracının 0,52%-ni təşkil edib ki, bu da ötən ilə nisbətən 0,11 faiz bəndi azdır.

Xatırladaq ki, Azərbaycanın ən əsas elektrik enerjisi ixracatçısı “Azərenerji” ASC-dir.

©"Report"