azerbaycanin-en-cox-mehsul-ixrac-etdiyi-5-olke-siyahi

Azərbaycanın ən çox məhsul ixrac etdiyi - 5 ÖLKƏ - SİYAHI

2019-cu ilin iyul ayında isə qeyri-neft sektoru üzrə ixrac 154 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin iyul ayı ilə müqayisədə 2019-cu ilin iyul ayında qeyri-neft sektoru üzrə ixrac 32 milyon ABŞ dolları və ya 26 faiz  artıb.

İnsider.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin avqust sayına istinadən xəbər verir ki,cari ilin iyul ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (41 milyon ABŞ dolları), Türkiyəyə (37,9  milyon ABŞ dolları), İsveçrəyə (14,8 milyon ABŞ dolları) Gürcüstana (14,7  milyon ABŞ dolları) və Yunanıstana (6,1 milyon ABŞ dolları)  ixrac edilib.

2019-cu ilin iyul ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 14,7 milyon ABŞ dolları) birinci, albalı və gilas (12,5 milyon ABŞ dolları) ikinci, emal olunmamış aşqarlanmamış alüminium (7,5 milyon ABŞ dolları)  üçüncü olub.