azerbaycanin-hava-limanlari-iyulun-1-ne-qeder-bagli-qalacaq

Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı qalacaq

Bu ilin 1 iyul tarixinə qədər Azərbaycanın hava limanları müntəzəm sərnişin reysləri üçün bağlı qalacaq.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin rəsmi saytında bildirilib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus pandemiyasının geniş yayılmasının qarşısını almaq üçün sərhədlərin bağlı qalma müddətini iyunun 15-ə qədər uzatmışdı. Yalnız iyunun 8-dən sonra Naxçıvana uçuşların bərpası planlaşdırılır. 

Report