azerbaycanin-iri-sirketinin-bas-direktoru-istefa-verib

Azərbaycanın iri şirkətinin baş direktoru istefa verib

"Sumqayıt Texnologiyalar Parkı" MMC-nin (STP) baş direktoru Emin Məmmədov tutduğu vəzifədən istefa verib.

İnsider.az xəbər verir ki, bu barədə qurumdakı mənbə bildirib.

Məlumata görə, onun vəzifəsindən azad edilməsi bağlı ərizəsi artıq təsdiqlənib və iyulun 15-dən sonra işini tərk edəcək. E.Məmmədovun yerinə hələlik təyinat yoxdur.

Xatırladaq ki, o, müxtəlif illərdə Böyük Britaniyanın HSBC bankında, Avropa Yenidənqurma və İnkişaf Bankında, eləcə də "Express Bank" ASC-də çalışıb. 

STP 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 225,9 milyon manatdır. Şirkət İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin rezidentidir və ötən ilin noyabr ayından "PAŞA Holdinq" MMC-nin nəzarətinə keçib.

"Report"