azerbaycanin-ixrac-ve-idxalinda-azalma

Azərbaycanın ixrac və idxalında azalma

2020-ci ilin ilk 5 ayı ərzində (yanvar-may) Azərbaycanın xarici ticarət dövriyyəsi 11 milyard 136 milyon 978 min dollar, o cümlədən ixrac 6 milyard 971 milyon 926 min dollar, idxal isə 4 milyard 165 milyon 52 min dollar təşkil edib və 2 milyard 806 milyon 873 min dollar saldo yaranıb.

İnsider.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin ilk 5 ayı ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 14 milyard 449 milyon 253 min dollar, o cümlədən ixrac 8 milyard 615 milyon 103 min dollar, idxal 5 milyard 834 milyon 150 min dollar təşkil etmiş, 2 milyard 780 milyon 952 min dollar xarici ticarət saldosu yaranmışdı.

Azərbaycanın Apreldə ixracı i 2 milyard 99 milyon 97 min dollar ikən Mayda 665 milyon 504 min dollara düşüb.

Marja