azerbaycanin-oten-il-gurcustana-yatirdigi-investisiyanin-meblegi-aciqlandi

Azərbaycanın ötən il Gürcüstana yatırdığı investisiyanın məbləği açıqlandı

Azərbaycan 2018-ci ildə Gürcüstan iqtisadiyyatına 246,4 milyon ABŞ dolları məbləğində investisiya qoyub. 

İnsider.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin dəqiqləşdirilmiş hesabatında bildirilir.

Sənəddə deyilir ki, ötən il də Azərbaycan Gürcüstanın əsas investoru olub və qonşu ölkəyə yatırılan birbaşa xarici investisiyalarda payımız 19,5% təşkil edib.

Gürcüstana ən çox investisiya qoyan II ölkə Niderland (208,4 milyon dollar), III ölkə isə Böyük Britaniya (178,8 milyon dollar) olub. 

Qeyd edək ki, 2018-ci ildə Gürcüstan iqtisadiyyatına yatırılan sərmayələrin ümumi məbləği 1 265,2 milyon dollar təşkil edib ki. Bu, 2017-ci illə müqayisədə 35,5% azdır. 

Report