azerbaycanin-qarabag-bolgesindeki-qondarma-rejim-ozunu-buraxdigini-elan-etdi

Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejim özünü buraxdığını ELAN ETDİ

Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejim özünü buraxdığını elan edib.

Bu barədə qondarma separatçı quruma rəhbərlik edən Samvel Şahramanyan “qərar” verib.

“Qərar”a əsasən, qondarma rejimin bütün “qurum” və “təşkilat”larının fəaliyyəti 2024-cü il yanvarın 1-dək dayandırılacaq.

Şahramanyan erməniəsilli sakinlərin gələcəkdə Qarabağda qalmaq mümkünlüyü barədə müstəqil və fərdi qərar qəbul etmək üçün Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olmalarını istəyib.