azerbaycanin-qaz-ixracindan-geliri-artib

Azərbaycanın qaz ixracından gəliri artıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən 6 709,659 mln. kubmetr həcmində təbii qaz ixrac edib.

İnsider.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. məlumata əsasən bu həcmdə təbii qazın dəyəri 1 262,496 mln. ABŞ dolları təşkil edib.

Bu ilin yeddi ayında ixrac edilən təbii qazın həcmi ötən ilin müvaviq dövründən 65,7%, dəyəri isə 68% çox olub.

Hesabat dövründə təbii qazın Azərbaycanın ümumi ixracında payı 10,29% olub.

Report