azerbaycanin-qeyri-neft-mehsulu-gonderdiyi-5-esas-olke

Azərbaycanın qeyri-neft məhsulu göndərdiyi – 5 ƏSAS ÖLKƏ

Azərbaycanın ən çox qeyri-neft məhsulu göndərdiyi ölkələr məlum olub.

İnsider.az xəbər verir ki, bunlar Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və İtaliyadır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2019-cu ilin ilk 4 ayı üzrə açıqladığı “İxrac İcmalı”na görə, bu dövrdə Rusiyaya 165 milyon, Türkiyəyə 148  milyon, Gürcüstana 62 milyon, İsveçrəyə 45 milyon və İtaliyaya 22  milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin ilk dörd ayında Rusiyaya qeyri-neft ixracı 22 faiz, Türkiyəyə 16 faiz,  Gürcüstana 19 faiz, İsveçrəyə 13 faiz, İtaliyaya ixrac isə 2 dəfə artıb.