Bakı Fond Birjasında 2019-cu ilin ilk yeddi ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 8 milyard 682 milyon 804 min manat təşkil etmişdir.
Birjanın yaydığı məlumatda bildirilir ki, 2019-cu ilin 7 ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmində ötən ilin 7 ayına nəzərən 14.4% artım qeydə alınmışdır. 2018-ci ilin analoji dövrü üzrə əməliyyatların həcmi 7 milyard 588 milyon 475 min manat təşkil etmişdi.
2019-cu ilin iyul ayına Bakı Fond Birjasında listinqdə olan səhmlərin kapitalizasiyası 3 milyard 371 milyon 984 min manat təşkil etmişdir. 2018-ci ilin analoji dövründə BFB-nin kapitalizasiyası 3 milyard 300 milyon 721 min manat təşkil etmişdi. Ümumilikdə, Birjanın kapitalizasıyası qeyd olunan dövr ərzində 2.2% artmışdır.
BFB-nin ticarət dövriyyəsinin müqayisəli cədvəli