azerbaycanin-sigorta-bazari-20-boyuyub

Azərbaycanın sığorta bazarı 20% böyüyüb

Bu ilin yanvar-mart aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 240,764 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

İnsider.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,7% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 77,064 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 66,7% çoxdur.

2020-cu ilin yanvar-mart aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 32 manatı ödəniş edilib. 2019-cu ilin yanvar-mart aylarında bu göstərici 23 manat olub.

Report