azerbaycanin-strateji-valyuta-ehtiyatlarindaki-yeni-artim-aciqlandi

Azərbaycanın strateji valyuta ehtiyatlarındakı yeni artım açıqlandı

2019-cu ilin birinci rübündə Azərbaycan strateji valyuta ehtiyatları 4,2% və ya 1,9 milyard dollar artaraq 46,7 mlrd. dollara çatıb. 

İnsider.az xəbər verir ki, bunu AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

“Birinci rübün yekunları üzrə ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən  1,9 mlrd. dollar artaraq 46,7 mlrd. dollar təşkil edib. Eyni zamanda, həm Neft Fondunun aktivləri, həm də Mərkəzi bankın ehtiyatları artıb. Xüsusilə, AMB-nin ehtiyatları təqribən 153 mln. dollar artıb”, - E.Rüstəmov bu gün mətbuat konfransında bildirib.

2018-ci ilin sonuna olan vəziyyətə görə, valyuta ehtiyatları  44,8 mlrd. dollar təşkil edib.