Bu ilin aprelin 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 49 117,5 mln. ABŞ dolları təşkil edib.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalara görə, ehtiyatlar 2020-ci ilin ÜDM-nin 115,3%-nə bərabər olub.
Qeyd edək ki, Asiya İnkişaf Bankının yenilənmiş proqnozlarına əsasən, bu ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 0,4% artaraq 50,1 mlrd. ABŞ dollarına çatacaq.
APA