Dünən, Oktyabr ayının 7-də Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının, Ümumi Məhkəmə Hakimləri və İxtisaslaşdırılmış Məhkəmə Hakimləri İctimai birliklərinin ümumi yığıncaqları keçirilib.
Mövcud ictimai birliklərin yenidən təşkili qaydasında Azərbaycan Respublikasının Hakimlər İttifaqının təsis edilməsi barədə qərar qəbul olunub, yeni qurumun nizamnaməsi qəbul edilərək, idarəetmə orqanları formalaşdırılıb.
İnsider.az xəbər verir ki, açıq səsvermə yolu ilə keçirilmiş seçkilər əsasında Ramin Qaraqurbanlı Azərbaycan Respublikasının Hakimlər İttifaqının İdarə Heyətinə üzvə seçilib.
Qeyd edək ki, bu qurumlar Respublikada fəaliyyət göstərən hakimləri, habelə hakim vəzifəsindən təqaüdə çıxmış şəxsləri birləşdirir.