Bu ilin sentyabrın 9-13-də Azərbaycan Turizm Bürosu tərəfindən Hindistanın Delhi, Benqaluru və Mumbay şəhərlərində silsilə təqdimatlar təşkil ediləcək.
İnsider.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
"Azerbaijan-India Roadshow on Travel Trade" adlı tədbirdə Azərbaycandan 16, Hindistandan 100-ə yaxın turizm şirkəti iştirak edəcək.
Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) xarakterli görüşlər baş tutacaq və gələcək tərəfdaşlıq üçün ikitərəfli müzakirələr aparılacaq. Təqdimatlar çərçivəsində Hindistan turizm şirkətləri Azərbaycanın turizm potensialı barədə ətraflı məlumatlandırılacaq.