azerbaycanin-turkiye-ile-ticaret-dovriyyesinde-musbet-saldo-qeyde-alinib

Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsində müsbət saldo qeydə alınıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 1 911,2 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35,2% çoxdur.

Insider.az xəbər verir ki, "APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk altı ayında Azərbaycandan Türkiyəyə ixracın dəyəri 1 233,8 mln. dollar, idxalın dəyəri isə 677,4 mln. dollar təşkil edib. Nəticədə 556,4 mln. dollarlıq müsbət saldo yaranıb, halbuki ötən ilin ilk altı ayında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsində 109 mln. dollarlıq mənfi saldo qeydə alınmışdır.

Ötən ilin ilk yarısı ilə müqayisədə hesabat dövründə ixrac 89,1% artıb, idxal isə 11% azalıb.