Azərbaycanın Türkiyədəki zəlzələ bölgəsinə göndərdiyi yardımların həcmi məlum olub.
Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, bu günədək Azərbaycandan zəlzəzələ bölgəsinə TIR-larla, təyyarələrlə 5 624 çadır çatdırılıb: "Bunların bir qismi 30 nəfərlik çadırlardır. Bundan başqa, 401 ton tibbi ləvazimat, 1200-dən çox genarator, 6240 ədəd qızıdırıcı, 737 ton qida məhsulları göndərilib. Bu gün hər bir corab, papaq da önəmlidir”.
C.Bağçı həmçinin Türkiyədə zəlzələ bölgəsində zəzərçəkənlərə yardım etmək istəyənlərə bir daha müraciət edib: "Yardım etmək istəyənlərdən artıq geyim göndərməmələrini xahiş edirəm. Çünki çox sayda geyim yığılıb və hazırda onların paylanılmasına başlanılıb. Yardım etmək istəyənlər daha çox çadır və generatorlar göndərə bilərlər”.
Report