Azərbaycanın valyuta ehtiyatları bu il iyulun 1-nə 48 403,1 milyon ABŞ dolları təşkil edib.
İnsider.az xəbər verir ki, bunun 87,7%-i və yaxud 42 463,7 milyon dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 12,3%-i və yaxud 5 939,4 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 2 351,2 milyon dollar və yaxud 5,1% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 2 190,4 milyon dollar və yaxud 5,4%, AMB-nin valyuta ehtiyatlarında isə 160,8 milyon dollar və yaxud 2,8% artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 4 854,3 milyon dollar və yaxud 11,15% artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 4 427,6 milyon dollar və yaxud 11,6%, AMB-nin valyuta ehtiyatları isə 426,7 milyon dollar və yaxud 7,7% artıb.