Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 22 901,835 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb.
İnsider.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Məlumata görə, cari göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur.
Xarici ticarət dövriyyəsinin 59%-i və yaxud 13 519,907 milyon dolları ixracın, 41%-i və yaxud 9 381,929 milyon dolları isə idxalın payına düşüb. Son 1 ildə ixracın dəyəri 5% və yaxud 639,963 milyon dollar, idxalın dəyəri isə 36,7% və yaxud 2 518,477 milyon dollar artıb.
Son nəticədə xarici ticarət dövriyyəsində 1 878,514 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 31,2% azdır.
Report