azerbaycanin-xarici-ticaret-dovriyyesinin-musbet-saldosu-azalib

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 20 701,383 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 

İnsider.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 4 176,841 milyon dollar və yaxud 25,3% çoxdur. 

Yeddi aylıq ticarət dövriyyəsinin 12 267,714 milyon dolları və yaxud 59,3%-i ixracın, 8 433,669 milyon dolları və yaxud 40,7%-i isə idxalın payına düşüb.

Son bir ildə ixrac 1 519,395 milyon dollar və yaxud 14,15%, idxal isə 2 657,446 milyon dollar və yaxud 46% artıb. Xarici ticarətdə 3 834,046 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 1 038,051 milyon dollar yaxud 20,9% azdır.