Azərbaycan Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşlarındadır.
İnsider.az xəbər verir ki, bunu Abşeron Logistika Mərkəzində "Sian-Bakı" blok qatarının qarşılanma mərasimində İqtisadiyyat naziri Şahin Mustafayev çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Çinin bu region ilə olan ticarətinin 43%-i Azərbaycanın payına düşür.
"Cari ilin nəticələrinə görə, bu ilin 5 ayı ərzində Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,1 mlrd. dollara çataraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə artıb",- deyə nazir qeyd edib.
©Report