Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze Gürcüstanda “Hindistan ştammı”nın aşkar edilməsinə dair xəbərlərə münasibət bildirib.
Bu barədə “Sputnik Gürcüstan” xəbər verib.
“Gürcüstanda indiyədək koronavirusun “Hindistan ştammı”na yoluxma halı qeydə alınmayıb. Biz ştammların öyrənilməsini aparırıq, onun mövcud olma ehtimalı var, ancaq bu laboratoriya şəraitində təsdiqini tapmayıb” - deyə Gürcüstanın baş epidemioloqu vurğulayıb.
Xatırladaq ki, bir neçə saat əvvəl Gürcüstan parlamentinin deputatı Lado Kaxadze ölkədə “Hindistan ştammı”nın aşkar edildiyini açıqlayıb.