azerbaycanli-hakim-inspektor-ermenistanin-oyununa-teyinat-aldi

Azərbaycanlı hakim-inspektor Ermənistanın oyununa təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təyinat alıb.

AFFA-nın saytının yaydığı məlumata görə, o, 2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının elit-raund mərhələsi çərçivəsində Gürcüstan - Ermənistan oyununun hakim-inspektoru olacaq.

Qeyd edək ki, sözügedən görüş gələn il sentyabrın 15-də Tbilisidə keçiriləcək.