azerbaycanli-herbciler-qelebe-paradinda-foto-video

Azərbaycanlı hərbçilər Qələbə paradında - FOTO/VİDEO

Bu gün Moskva şəhərində İkinci Dünya Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda digər ölkələrin nümayəndələri ilə yanaşı, Azərbaycan Ordusunun 75 hərbi qulluqçusu iştirak edib.

İnsider.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Tədbirə fəxri qonaq qismində Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti də qatılıb.