Azərbaycanın Nyu-York icmasının üzvü İlana Keniq peşəkar beysbol klubu olan “Nyu-York Mets”in oyunundan əvvəl 50 min azarkeşin qarşısında ABŞ himnini ifa edib.
İfa zamanı İlana Keniqin yaxasında “Xarıbülbül” nişanı olub.
Həmyerlimiz, xərçəng xəstəliyinə qalib gəlmiş 13 yaşlı İlana Keniq tərəfindən yaradılmış “Koenig Childhood Cancer Foundation” (“Uşaq Xərçənginə Qarşı Keniq Fondu”) xeyriyyə fondu Amerika reytinq təşkilatı – “GreatNonprofits”in yüksək mükafatına layiq görülüb.
“GreatNonprofits” “Koenig Childhood Cancer Foundation”i Amerikada ən yüksək qiymətləndirilən xeyriyyə təşkilatlarının siyahısına daxil edib.
“Koenig Childhood Cancer Foundation” xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara həm maddi, həm də mənəvi cəhətdən kömək edir.
13 yaşlı İlana tanınmış xeyriyyəçidir, o, onkoloji xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq, qarşısına məqsəd qoyur və xərçəngə qalib gəlib.
Hazırda İlana Keniq bu xəstəliklə mübarizə aparan uşaqlara, o cümlədən azərbaycanlılara dəstək olur.
Oxu.Az