azerbaycanli-re-max-100-ofisinin-rehberi-oldu

Azərbaycanlı RE/MAX 100 ofisinin rəhbəri oldu

Amerikanın məşhur daşınmaz əmlak şirkəti RE/MAX ilk Manhetten ofisini açıb. Nyu-York Times Squar  1412 Broadvey ünvanında yerləşən  ofisin baş brokeri vəzifəsinə isə Şövkət Məmmədova təyin edilib. 

İnsider.az xəbər verir ki, xidmətlərini ən rəqabətli bazara çıxaran RE/MAX qlobal daşınmaz əmlak şirkətinin Manhettəndə bu ayın əvvəlində açdığı ilk ofisi ümumilikdə şirkətin sayca 100-cü ofisdir.  

Qeyd edək ki, fəal inkişaf edən RE/MAX daşınmaz  əmlak şirkəti 1973-cü ildə təsis edilib. Şirkət Avropanın 34 ölkəsində 15 000, bütün dünyada 100 000-dən çox daşınmaz əmlak agentini birləşdirir. Şirkət dünya daşınmaz əmlak bazarında tanınmış liderlərdən biridir.