azerbaycanli-vekiller-ingilterede-isleye-bilecek

Azərbaycanlı vəkillər İngiltərədə işləyə biləcək

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri Böyük Britaniyada vəkilliyə qəbul üzrə müvafiq imtahanı verməklə orada vəkilliyə qəbul oluna və İngiltərə və Uels ərazisində vəkillik fəaliyyəti ilə məşğul ola biləcək.

İnsider.az xəbər verir ki, bu, Vəkillər Kollegiyası ilə Böyük Britaniyanın vəkillərinin birliyi olan Hüquq Cəmiyyəti arasında əldə olunmuş razılığa əsasən baş tutacaq.

Vəkillər Kollegiyasının üzvü olan, ölkəmizin bütün ərazisində vəkillik fəaliyyəti ilə məşğul olmaq hüququna malik hər bir şəxs İxtisaslaşmış Vəkillərin Transfer Sistemi (QLTS - keçid) adlı imtahanları uğurla keçməlidir.

Məlumatda bildirilir ki, Britaniyada QLTS imtahanlarını ixtisaslaşmış qurum olan Vəkilliyin Tənzimlənməsi Təşkilatı (SRA) keçirir.