azerbaycanlilar-abs-da-ipoteka-ile-menzil-ala-bilerler

Azərbaycanlılar ABŞ-da ipoteka ilə mənzil ala bilərlər

Amerikada qeyri-ABŞ vətəndaşları da ipotekaya ev ala bilərlər. İlkin şərt olaraq ABŞ-ın hər hansı bankına depozit olaraq 100 min dollar yatırmaq lazımdır.

İnsider.az xəbər verir ki, bu barədə  ABŞ-da ipotekaya mənzillər təklif edən şirkət rəsmisi bildirib. Onun  sözlərinə görə, Azərbaycandan olan vətəndaşların ABŞ-da mənzil alması üçün iş yeri barədə və illik gəlirləri barədə arayış olmalıdır. İlkin şərt olaraq isə hər hansı ABŞ bankında ən azı 100 min dollar depozit yatırılmalıdır.

ABŞ-da xarici vətəndaşlar ipotekaya ev alarkən ilkin ödəniş kimi mənzilin 40-50%-ni ödəməlidirlər.

 ©FED.az