azerbaycanlilar-bu-olkede-her-gun-3-menzil-aliblar

Azərbaycanlılar bu ölkədə hər gün 3 mənzil alıblar

Türkiyədə mənzil alan azərbaycanlılar artmaqda davam edir.

İnsider.az Türkiyənin Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin avqust ayında azərbaycanlılar Türkiyədə 88 mənzil alıblar. 2018-ci ilin avqust ayında azərbaycanlılar Türkiyədə 96 mənzil almışdılar.

2019-cu ilin yanvar-avqust dövründə (8 ayda) isə azərbaycanlılar Türkiyədə 711 mənzil alıblar (orta hesabla hər gün 3 mənzil). 2018-ci ilin eyni dövründə bu say 583 idi. 

Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 12-ci yerdədir. Yanvar - avqust ayında Türkiyədən ən çox mənzili İraq vətəndaşları alıblar -   4746 mənzil. İraqlıların ardınca 3135 mənzil ilə İran, 1691 mənzil ilə Rusiya vətəndaşları gəlirlər. 

©“Marja”