2020-ci ilin yanvar-mart dövründə azərbycanlılar Türkiyədə 284 mənzil alıblar. Bu, ötən ilin anoloji dövrü ilə müqayisədə cüzi azdır. Azərbaycanlılar ötən ilin yanvar-mart dövründə Türkiyədə 287 mənzil almışdılar.
İnsider.az xəbər verir ki, azərbaycanlılar təkcə 2020-ci ilin Mart ayında Türkiyədə 95 mənzil alıblar. Ötən ilin eyni ayında alış sayı 87 idi.
2020-ci ilin ilk 3 ayında Türkiyədən ən çox mənzili İran (1864), İraq (1856) və Rusiya (763) vətəndaşları alıblar.
Türk lirəsinin ucuzlaşması bu ölkədən mənzil alışını sərfəli edir.
Xaricilər Türkiyədə ən çox İstanbul, Antaliya, Ankara, Mersin və Bursada mənzil alırlar.
Marja