2022-ci ilin yanvar-iyun aylarında azərbaycanlılar Türkiyədə 702 mənzil (ev) alıblar.
Türkiyə Statistika Xidmətinə istinadən xəbər verir ki, azərbaycanlılar yanvarda 89, fevralda 93, martda 115, apreldə 156, mayda 118, iyunda 131 mənzil alıblar.
Xatırladaq ki, azərbaycanlılar 2021-ci ilin yanvar-iyun aylarında Türkiyədə 593, o cümlədən yanvarında 68, fevralında 77, martında 106, aprelində 131, mayında 47, iyununda 164 mənzil almışdılar.
Azərbaycanlılar Türkiyədə 2020-ci ildə 1279 mənzilə, 2021-ci ildə isə 1517 mənzilə mənzilə sahib olublar.
Mayda azərbaycanlılar Türkiyədə ev alan xaricilər arasında 14-cü yeri tutublar.
Marja