İspaniyanın İbiza adasında Azərbaycandan olan 22 yaşlı turistin milyon funt sterlinq dəyərində saatı oğurlanıb. İnsider.az bunu “Daily Mail”-a istinadla xəbər verir.
Qarətçi qabaqcadan bir neçə zərbə endirərək sahibindən “Richard Mille 50-03 McLaren F1” xronoqrafı alıb. Cinayət gündüz vaxtı saat sahibinin dostu ilə birgə gəzdiyi İbiza şəhərinin sahilində baş verib.
Zərər çəkən qarət barədə polisə məlumat verib.
Qeyd edək ki, “Richard Mille” saatı dünyada ən bahalı saatlardandır. Onlar həddən artıq az çəkidə (40 qramdan az) olmaqla seçilirlər. Bu çəki kömürplastik korpus və titandan olan mexanizm sayəsində mümkün olub. Xronoqraf yaradıcıları saatın adından da göründüyü kimi, “McLaren” komandasının “Formula-1” avtomobillərindən ilhamlanıblar. Bu saatlar 75 ekzemplyar tirajla məhdud sayda buraxılıb.
Samirə Məmmədova